EN

Elm və təhsil naziri Neftçalada vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 29-da Neftçala şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "İki sahil"ə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Qeyd edilib ki, qəbulda Neftçala, Hacıqabul, Şirvan, Salyan və Biləsuvar sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 20 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Chosen
12
10
ikisahil.az

10Sources