EN

Bakıda sürüşmə baş verdi, ərazi nəzarətə götürüldü

Bakı Kənar Dairəvi yolda ehtimal olunan təhlükənin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, dünən Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsi müşahidə edildiyindən dərhal aidiyyəti üzrə məlumat verilməklə ərazi nəzarətə götürülüb.

 DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görüb.

Chosen
116
29
ekologiya.az

10Sources