EN

Leyla Rəhimova 15 ildir küsülü olduğu atasının səsini eşitdi və... - VİDEO

Müğənni Leyla Rəhimova "7 tamam" verilişində kövrək anlar yaşayıb.
 
Moderator.az xəbər verir ki, ifaçı 15 ildir küsülü olduğu musiqiçi atası Adil Rəhimovun səsyazısını dinləyib.
 
"Mən səni çox istəyirəm. Övladlarımın üçündən də razıyam. Mənim səhvim oldu ki, ona Rusiyaya getməyə icazə verdim. Məndən niyə qaçırsan? Sənə nə etmişəm. Hər işində, tədbirində, konsertlərində iştirak etmişəm. Amerikaya gedəndə mən yola salmışam. Nə demisən "baş üstə" demişəm. Sənin inkişafın naminə hər şey etmişəm. Mənim kimim var ki?
 
Amma həyat yoldaşından ayrılmasının əleyhinəyəm. Ailə dağıtmaq olmaz. Övladlarımı çox istəyirəm. Vaxt gələcək biz görüşəcəyik", - qeyd edib.
 
/Teleqraf.com/
Chosen
56
1
moderator.az

2Sources