EN

Fransa kəşfiyyatçılarını öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Oktyabr ayının əvvəlindən Avropa İttifaqının "müşahidəçi"lərinin Azərbaycanla sərhədə baş çəkməsi halları artıb.
Bu gün daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib.
"Repot"un əldə etdiyi kadrlardan açıq görünür ki, indiyədək "müşahidəçilər" Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdikləri halda, bu gün sərhədə gələn üç avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb.
Sərhəd kəndə gələn avtomobillərdə altı nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduqları da istisna deyil.
Görünür, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb.
Bu, Ermənistanda revanşist qüvvələrə dəstək verən və yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır.
fransa reportun videosu
Chosen
58
28
oxu.az

10Sources