ABŞ-da erkən seçki prosesi davam edir.
İndex.az xəbər verir ki, polis rəsmiləri bazar ertəsi səhər Oreqon və Vaşinqtonda bəzi seçki qutularının yandırıldığını açıqlayıb.
Polis, seçki gününə cəmi səkkiz gün qalmış ayrı-ayrı ştatlarda seçki qutularında baş verən iki yanğının bir-biri ilə əlaqəli olduğunu və bunun seçkiyə müdaxilə cəhdi ilə bağlı ciddi bir hadisə olduğunu bildirib.
Oreqon ştatının Portlend şəhərində polis şübhəli avtomobil görüb. Bazar ertəsi səhər tezdən seçki qutusunun yandırılmasından sonra yüzlərlə bülleten məhv edilib.
Bazar ertəsi bildirilən hadisədə Portlend polisi yerli vaxtla səhər saat 3:30 radələrində yanğına müdaxilə edib.
Səlahiyyətlilər bildiriblər ki, Seçki Bürosunun mühafizəsi müdaxilə edərək yanğını söndürüb.