Dünyanın ən bahalı pendiri oğurlanıb.
Paralel.az “New York Times”a istinadla xəbər verir ki, bu barədə Londonun aparıcı pendir satıcılarından biri olan “Neal's Yard Dairy” məlumat yayıb.
Belə ki, şirkət böyük bir Fransız pərakəndə satıcısının qanuni topdansatış distribyutoru kimi görünən bir mağazadan 22 tonluq sifariş götürdüklərini açıqlayıb.
“Neal's Yard Dairy” sifarişi təmin etmək üçün 2 pendir istehsalçısına (Westcombe Dairy ve Trethowan Brothers) müraciət edib.
Şirkətin səhmdarlarından Devid Lokvud bildirib ki, pendiri sentyabrda 2 partiya şəklində göndəriblər və ödəniş 7 oktyabrda olmalı idi.
Qeyd olunan vaxtdan 1 həftə keçməsinə baxmayaraq onlara heç bir ödəniş olunmayıb və qarşı tərəflə əlaqə saxlaya bilməyiblər.
21 oktyabrda pendirin oğurlandığına əmin olduqdan sonra şirkət polisə şikayət ərizəsi verib.
“Böyük pendir oğurluğu” adlandırılan hadisə zamanı şirkətə 390 min dollarlıq (təx. 663 min AZN) ziyan vurulduğu müəyyənləşdirilib.
Oğurlanan pendirin nadir tapılan çedar olduğu bildirilib.
Qeyd edək ki, süd məhsulları sənayesində pendir oğurluğu baş verən ilk belə hadisə deyil. Daha əvvəl 2015-ci ildə İtaliyada 875 min dollar dəyərində “Parmigiano-Reggiano” pendiri oğurlayan dəstə saxlanılıb. 2016-cı ildə ABŞ-nin Viskonsin ştatında 46 min dollar, bu yaxınlarda isə Hollandiyada 23 min dollar dəyərində pendir oğurlanıb.
Billurə