EN

Gürcüstan MSK seçkilərdən sonra parlamentə keçən partiyalar arasında deputat mandatlarını açıqlayıb

Gürcüstan Mərkəzi Seçki Komissiyası seçkilərdən sonra parlamentə keçən partiyalar arasında deputat mandatlarını açıqlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, Hakim “Gürcü Arzusu” (Xalqın Gücü ilə koalisiyada) – 89 mandat;

“Dəyişiklik Koalisiyası” (“Axali”, “Girçi-Daha Çox Azadlıq”, “Droa” partiyaları daxil olmaqla) – 19 mandat;

“Birlik - Milli Hərəkat” (“Vahid Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı” daxil olmaqla) – 16 mandat;

“Güclü Gürcüstan” (“Lelo”, “Xalq üçün”, “Vətəndaşlar”, “Azadlıq Meydanı” daxil olmaqla) – 14 mandat;

“Qaxaria Gürcüstan üçün” – 12 mandat.

Müxalifət partiyaları hazırda mandatlarından imtina edir və parlamentə daxil olmaq niyyətində deyillər. Lakin bu, hakim partiyanın işə başlamasına mane olmayacaq.

Chosen
17
1
far.az

2Sources