EN

Varlıların çimərliyində gəzərək 19 karatlıq üzük tapdı

İspaniya sakini metal detektoru ilə İbizada çimərlik boyunca gəzərək varlı istirahət edənlərin itirdiyi inanılmaz xəzinələri tapıb.
 

Sfera.az bildirir ki, ispan kişi“TikTok”da öz qəribə təcrübəsindən, çimərlikdə tapdığı zinət əşyalarından danışıb.


Xəzinə ovçusu zibil və köhnə sikkələr arasında düz yeddi qızıl üzük tapıb. Onlardan birinin 19 karat olduğu məlum olub.



 

Qeyd edək ki, karat qızılın saflığının ölçüsüdür. 24 karat qızıl tamamilə safdır və 19 karat qızıl 79,17% qızıl və 20,9% digər metallardır.


Paylaşım olduqca maraq doğurub, istifadəçilər şərh bölməsində gördüklərini həvəslə müzakirə ediblər.
 

Yeri gəlmişkən, videonun müəllifi öz məzmunu sayəsində 50 minə yaxın abunəçi toplayıb. O, tez-tez metal detektordan istifadə edərək tapdığı unikal şeyləri paylaşır.

 

Xanım

Sfera.az

Chosen
70
sfera.az

1Sources