EN

İranın XİN başçısı: İsrailə cavab verməyə tələsməyəcəyik...

İranın xarici işlər naziri Abbas Əraqçı Tehranda diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə deyib ki, İran İsrailin zərbələrinə cavab verməyə tələsməyəcək...

Poliqon xəbər verir ki, Əraqçının sözlərinə görə, deeskalasiya məsələsi genişmiqyaslı müharibə ehtimalına görə həm regional, həm də qlobal səviyyədə ictimai tələbdir.

İranlı nazir vurğulayıb ki, yeganə çıxış yolu İsrailin təcavüzkar siyasətlərinin və qəddar hücumlarının qarşısını almaqdır. Eyni zamanda XİN rəhbəri qeyd edib ki, İslam Respublikası İsrailin son zərbələrinə cavab verməkdə nə tərəddüd etməyəcək, nə də tələsəcək.

"Biz sionist rejimin təcavüzünü pisləyirik və cavab vermək hüququnu özümüzdə saxlayırıq. Axı ölkəmizin ərazisinə təcavüz olub və vaxtında cavab verməyimiz təbiidir", deyə Əraqçi bildirib.

O, Avropa ölkələrini İsrailin təcavüzünü pisləməkdə aciz olduqlarına görə tənqid edərək qeyd edib ki, Qərb çox vaxt beynəlxalq hüququ yalnız öz maraqlarına uyğun gələndə gündəmə gətirir, digər hallara məhəl qoymur və ikili standartlar tətbiq edirlər.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi mətbuat konfransı zamanı bildirib ki, İran Türkiyə ilə birlikdə bəzi ölkələrlə İsrailə silah tədarükünə embarqo qoyulması ilə bağlı danışıqları davam etdirir.

Poliqon.info

Chosen
22
5
poliqon.info

7Sources