Qadınlardan ibarət “Murov Az Terminal” komandası heyətinə yeni voleybolçu cəlb edib.
Bizim.Media xəbər verir ki, Bakı klubu serbiyalı Tiyana Vrtselin keçidini rəsmiləşdirib. 23 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.
T. Vrtsel son olaraq ölkəsində “Partizan” (Belqrad) komandasının formasını geyinib.
Bizim.Media