EN

Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçilik kampaniyası təəssüf doğurur- ÖZƏL

"Qərbdəki anti-Azərbaycan qüvvələr, xüsusən də Fransa, Ermənistan və erməni lobbisinin təsir dairəsində olan qüvvələr  Bakıda keçiriləcək COP29 kimi mühüm beynəlxalq tədbirin vaxtı yaxınlaşdıqca, bundan Azərbaycana qarşı  təbliğat kampaniyasına başlayıblar". Bunu "Olaylar"a açıqlamasında  deputat Sabir Hacıyev deyib. Onun sözlərinə görə, iqlim dəyişmələri bu gün dünyanı ciddi narahat edən qlobal problemlərdin biri olduğundan problemin həlli beynəlxalq səviyyədə birlik və həmrəylik tələb edir. "Azərbaycan da hər zaman qlobal problemlərin həllində  olduğu kimi, qlobal iqlim dəyişikliyi ilə bağlı problemə töhfəsini veməyi qarısına hədəf qoyub və buna uyğun strategiya hazırlayaraq  fəaliyyətini həyata keçirməkdədir. COP29 isə bu hədəflərə nail olmaq üçün bir vasitədir.  Ölkəmiz belə bir  beynəlxalq səviyyəli tədbirə ciddi hazırlaşraq  belə bir ciddi məsələnin həllində beynəlxalq birliyin əldə olunmasına çalışır. Çünki COP29-da   qlobal iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq baxımdan mühüm məsələlərin müzakirə edilərək qəbul ediləcəyi  planlaşdırılır. Amma təəssüflər olsun ki, bu məsələdən də Azərbaycan əleyhinə gündəliyin təbliği üçün istifadə olunur".
 Deputat əlavə edib ki, Avropa Parlamentinin  Azərbaycana qarşı böhtanlar, yalan, saxta  və cəfəng məlumatlar üzərində qurulan qərəzli bir qətnamə qəbul etməsi bunun bariz nümunəsidir: "Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur. Biz artıq son illərdə Avropa Parlamentini Azərbaycana  qarşı düşmənçilik mövqe sərgiləyən ölkələr və güclərin əlində bir təzyiq alətinə çevrildiyini şahidi olmaqdayıq. Biz ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları, cəfəng iddiaları, təhdid və tələbləri qətiyyətlə rədd edirik. Bu cür ədalətsiz və qeyri-obyektiv sənədlərin ortaya çıxması isə Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhün, sıx əməkdaşlıq mühitinin olmasını istəməyənlərin məkrli oyunlarından xəbər verir. Lakin heç bir qüvvə bu cür  metodlardan istifadə etməklə nə ölkəmizə qarşı təzyiq edə, nə də tutduğumuz yoldan döndərə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
50
olaylar.az

1Sources