EN

"Erməni karuseli" iddiası: Prezidenti  prokurorluğa çağırıldı, cinayət işi açılır... 

Xəbər verdiyimiz kimi, ötən gün Gürcüstan Prezidenti Salome Zurabişvili “Asoşeyted Press”ə müsahibəsində deyib ki, Gürcüstanda keçirilən parlament seçkilərində “erməni karuseli”ndən istifadə edilib:

“Biz buna “erməni karuseli” deyirik. Bilmirəm, bəlkə Ermənistanda buna “gürcü karuseli” deyirlər. Bu isə o deməkdir ki, seçkidən bir müddət əvvəl müxtəlif bəhanələrlə sosial cəhətdən həssas insanların şəxsiyyət vəsiqələri götürülüb. Və sonra səsvermə üçün istifadə edilib. Bir şəxsiyyət vəsiqəsi və müxtəlif elektron cihazlarla bu, hətta 17 dəfə mümkün olub. Onların ixtiyarında çoxlu sayda şəxsiyyət vəsiqəsi və şəxsi nömrələr olub”, - o bildirmişdi.


Adalet.az xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili dindirilmək üçün prokurorluğa çağırılıb. B una səbəb onun oktyabrın 26-da keçirilən parlament seçkilərində saxtakarlıqlarla bağlı açıqlamalarıdı. Gürcüstan Prokurorluğu bəyanatda bildirib ki, 30 oktyabr 2024-cü il tarixində Mərkəzi Seçki Komissiyasının Gürcüstan Cinayət Məcəlləsinin164-cü maddəsinin 3-cü hissəsi (“Seçkilər Dələduzluq") seçilib:”
“MSK-nın elanına və kütləvi informasiya vasitələri vasitəsilə ictimaiyyətə yayılan məlumatlara görə, Gürcüstan prezidenti Salome Zurabişvilinin əlində 2024-cü il parlament seçkilərində mümkün saxtakarlığa dair sübutlar olmalıdır və bununla əlaqədar olaraq, prezident bu il oktyabrın 31-də qanuna uyğun olaraq dindirilməyə çağırılıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin çağırış ilə Oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə etiraz etmək üçün minlərlə insan Tiflisin mərkəzində parlament binası qarşısına toplandı. Xanım Prezident iddia edirdi ki, 26 oktyabrda seçkilərin total şəkildə saxtalaşdırılması baş verib.
Nəticələrə görə, seçkilərdə hakim Gürcü Arzusu 53,93% səslə qalib gəlib. Parlamentə düşməyi bacaran 4 müxalif koalisiya və Prezident Zurabişvili isə seçkilərin saxtalaşdırıldığını elan edib və nəticələri tanımayıb.

Chosen
33
adalet.az

1Sources