EN

Gələn qonaqlar arasından xəstəliyi olan şəxslər bu formada müəyyən ediləcək - Nazir müavini

COP29 tədbiri çərçivəsində ölkəmizə xeyli sayda qonaq gələcək. Gələn qonaqların giriş nöqtəsində xəstəliyi olan şəxsləri uzaqdan hərarətinin ölçülməsi ilə müəyyən edəcəyik.

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Nadir Zeynalov Yeni klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə bu profilaktik tədbirmeymunçiçəyi, COVİD19 və digər resporator xəstəliklərin vaxtında müəyyən edilməsinə yönəlib.

"Həmçinin tədbirdə iştirak edəcək qurumların əməkdaşları üçün biz yüksək tərkibli peyvəndlər əldə etmişik".


Müəllif: Nərmin Muradova
Chosen
53
5
teleqraf.com

6Sources