EN

COP29 çərçivəsində helikopter vasitəsilə tibbi yardım göstərilə bilər




COP29 çərçivəsində helikopter vasitəsilə tibbi yardım göstərilməsi mümkündür.

Newscenter.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Yeni klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə jurnalistlərin sualına cavab olaraq deyib.

O bildirib ki, Bakı şəhərində olan xəstəxanaların bir qismi köhnə olsa da, yeni tikilən xəstəxanalarda bu xidmət mövcuddur:

"Əgər kiməsə helikopterlə daşınacaq qədər təcili müdaxilə lazım olarsa, biz fövqəladə hallar və digər qurumlarla birgə bunu vaxtında həll edəcəyik".

Nərgiz Əzizova
Chosen
81
4
newscenter.az

5Sources