EN

Elman Rüstəmovun qardaşı oğluna vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyəti sədrinə müavin təyin edilib.

 

"Report"un məlumatına görə, bu vəzifə Mürsəl Rüstəmova həvalə olunub.

 

O, eyni zamanda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədridir.

 

Pravda.az-ın məlumatına görə, M.Rüstəmov Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin keçmiş sədri Elman Rüstəmovun qardaşı oğludur.

Tarix: 30 Oktyabr 2024, 16:11   
Chosen
12
3
pravda.az

5Sources