"COP29 çərçivəsində tibbi xidmət sahəsində istifadə üçün ölkəyə 5 ədəd təcili tibbi yardım elektromobil gətirilib".
Pravda.az xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29 konfransı çərçivəsində keçirilən tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinqdə deyib.
"Sınaq prosedurları həyata keçirilir. Test olunduqdan sonra yalnız Bakı Olimpiya Stadionu ərazisində istifadə ediləcək", - o bildirib.
Aytəkin Qardaşova
Tarix: 30 Oktyabr 2024, 16:22