EN

COP29 zamanı ehtiyac yarandığı təqdirdə xəstə helikopterlə də daşına bilər

“Yeni Klinikada helikopter xidməti var. Həmçinin Kliniki Tibbi Mərkəzin ərazisində helikopterin enməsi üçün yer mövcuddur”.

İqtisadiyyat.az xəbər verir ki, bunu TƏBİB- in icraçı direktoru Vüqar Qurbanov COP29 konfransı çərçivəsində tibbi xidmətlərin təşkilinə dair keçirilən brifinqdə deyib.

V.Qurbanov bildirib ki, əgər helikopterlə daşınacaq xəstə olarsa, TƏBİB, Azərbaycan Hava Yolları və Fövqəladə Hallar Nazirliyi paralel şəkildə işləyəcək. “Xəstənin son təyinat yerinə qədər çatdırılması xidmətini həyata keçirə biləcəyik”, - deyə o bildirib.

Chosen
24
5
iqtisadiyyat.az

6Sources