EN

COP29 zamanı bəzi metro stansiyalarında tibb məntəqələri təşkil ediləcək

COP29 tədbiri keçirilən zaman əhalinin tibbi xidmətə təminatını təşkil etmək üçün bir neçə yerdə tibb məntəqələri yaradılacaq.

Bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov deyib.

O bildirib ki, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində “Koroğlu”, “28 May”, “Elmlər Akademiyası” metro stansiyalarında tibb məntəqələri təşkil ediləcək: “Həmçinin “MIDA” Yaşayış Kompleksində yeni tibb məntəqəsinin yaradılması planlaşdırılır”.

Chosen
20
23
azpost.info

10Sources