"COP29 çərçivəsində tibbi xidmət sahəsində istifadə üçün ölkəyə 5 ədəd elektriklə işləyən təcili tibbi yardım avtomobili gətirilib".
Hurriyyet.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29 konfransı çərçivəsində keçirilən tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinqdə deyib:
“Hazırda sınaq prosedurları həyata keçirilir. Test olunduqdan sonra avtomobillər yalnız Bakı Olimpiya Stadionu ərazisində istifadə ediləcək", - o bildirib.