EN

Tehran: İran İsrailə cavab verməyə tələsməyəcək, amma...

İran İsrailin hücumlarına cavab verməyə tələsməyəcək.

Ölkə.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşü zamanı bəyan edib.

Onun sözlərinə görə, bu, bölgədə vəziyyətin deeskalasiyası genişmiqyaslı müharibənin mümkünlüyünün qarşısının alınması baxımdan həm regional, həm də qlobal səviyyədə ictimai tələbdir.

İranlı nazir vurğulayıb ki, yeganə çıxış yolu İsrailin təcavüzkar siyasəti və qəddar hücumlarının qarşısını almaqdır.

"İran İsrailin son zərbələrinə cavab vermək üçün nə tərəddüd edəcək, nə də tələsəcək. Biz sionist rejimin təcavüzünü pisləyirik və cavab vermək hüququnu özümüzdə saxlayırıq. Axı ölkəmizin ərazisinə təcavüz olub və vaxtında cavab verməyimiz tamamilə təbidir”, - nazir bildirib.

Mürtəza
Ölkə.Az

Chosen
75
olke.az

1Sources