EN

Rus mütəxəssis "Sportinq"ə baş məşqçi təyin edilə bilər - Agent təsdiqlədi

Portuqaliyalı futbol agenti Paulu Barboza rusiyalı mütəxəssis Sergey Yuranın "Sportinq"i çalışdırmağa hazır olduğunu söyləməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Sport den za dnyom" onun sözlərini belə çatdırıb:

"Məncə, Yuranın fəaliyyətini Portuqaliyada izləyirlər. Üstəlik, o, portuqal dilini də bilir. Yuran burada oynayıb, çempion olub. Onu Portuqaliyada hamı tanıyır. Fikrimcə, Ruben Amorim "Mançester Yunayted"ə getsə, onun yerinə namizədlərdən biri də məhz Yuran olacaq. Amarim özü "Sportinq"in "sükanı arxası"na keçənə qədər bir neçə ay "Braqa"da işləyib. Yəni böyük elita təcrübəsi toplamadan "Sportinq"i çalışdırmağa başlayıb. Yuranın da burada hər hansı problem yaşamayacağını düşünürəm. "Sportinq" rəhbərliyi ona şans verə bilər".

Xatırladaq ki, Amorimin MY-dən qovulan Erik ten Haqın yerini tutacağı gözlənilir. Lissabon təmsilçisi ingilislərin onlara 10 milyon avro təzminat ödəməyə hazır olduqlarını təsdiqləyib.

Nihat

Chosen
24
fanat.az

1Sources