EN

Buxar vannası həqiqətən faydalıdırmı? - ƏTRAFLI

Makiyaj qalıqları, ölü dəri, qara nöqtələr, sızanaqlar və daha çox... Bunların hamısı zamanla dərinizdə sıxışaraq, mat bir görünüş yaradır. Dərinizdən artıq yağı çıxarmaq və məsamələrinizi sıxmaq üçün gözəllik rutininizə buxar vannasını daxil etmək vacibdir.

News24.az xəbər verir ki, gözəllik və dəriyə qulluq mütəxəssislərinin məsləhət gördüyü bu üsulu evdə tətbiq etməklə dəri problemlərinizi qısa müddətdə həll edə bilərsiniz.

- Ölü dərini yumşaldır və dərinin sürtülməsi zamanı altındakı təzə və canlı toxumanın ön plana çıxmasını təmin edir.

- Dəridəki bütün kir, yağ və makiyaj qalıqlarını təmizləyir. Bu şəkildə sızanaqla mübarizə aparır.

- Qara nöqtələrinizi təmizləmək üçün əvvəlcədən tətbiq etdiyiniz buxar vannası onları dərinizdən asanlıqla çıxarmağa kömək edəcək.

- Qan dövranını artırır.

- Üz əzələlərini rahatlaşdırır. Stressdən yaranan zehni yorğunluğu aradan qaldırmağa kömək edir.

- İncə xəttlərin və qırışların azalmasına töhfə verir.

- Dərini dərindən təmizləyir və rəng qeyri-bərabərliyini aradan qaldırır.

- Buxar vannası qəbul edərkən suyunuza əlavə etdiyiniz ot və yağlar buxarın təsiri ilə dərinizə nüfuz edəcək.

Buxar vannasının qəbulunun tezliyi də vacibdir. Həddindən artıq istifadə edildikdə, dəriniz nəmini itirir və qurumağa başlayır.

Qarışıq və yağlı dəri olanlar həftədə bir dəfə buxar vannası qəbul edə bilərlər.

Quru və həssas dərisi olanlara isə 2 həftədən bir və ya ayda bir dəfə buxar vannası qəbul etməyin heç bir zərəri yoxdur.

Məryəm İlhamqızı

Chosen
56
news24.az

1Sources