"Bu təkcə mənim yox, bütün komandanın qələbəsidir. Biz komanda hesabında çempion olduq. Belə bir tarixi uğur olmamışdı. Bu yeni bir tarixi uğurdur".
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib.
O, sonraki hədəfinin beşinci dünya çempionluğunun olduğu bildirib: "Qələbəmizə görə məşqçilərimizə təşəkkürümü bildirirəm. Biz aysberqin görünnən tərəfiyik. İşin görünməyən tərəfində məşqçilərimiz dayanır. Yaradılan şəraitə görə cənab Prezidentə təşəkkürümü bildirirəm. Məhz bunun məntiqi sonluğudur ki, Azərbaycan idmançıları ölkəyə parlaq nəticələrlə qayıdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun