Meta dünyaca məşhur axtarış sistemi “Google”a güclü rəqib yaradır. Metbuat.az xəbər verir ki, Meta, “Google” və “Bing” kimi əsas platformalardan asılılığını azaltmaq üçün öz axtarış sistemini qurmağa başlayıb. Meta-nın “Google”a alternativ olaraq hazırladığı axtarış sistemi süni intellektlə dəstəklənir. Bildirilir ki, hazırda “Instagram” və “Facebook” platformalarında Meta-nın süni intellekt çatbotu ən son xəbərlər və məlumatlar üçün “Google” və “Bing” axtarış sistemlərindən istifadə edir. Buna son qoymaq üçün Meta müstəqil informasiya mənbəyi yaradaraq bu platformaları tərk etmək istəyir. Meta-nın bu təşəbbüsü təkcə axtarış sistemi ilə məhdudlaşmır. Şirkət həmçinin “Google Maps”ə rəqib ola biləcək məkan məlumat bazası üzərində işləyir.