EN

Sedrakyan: Ermənistan anklava çevriləcək, tək ümid Gürcüstandır

Gürcüstan Avropaya inteqrasiya yolundan tamamilə geri çəkilib Rusiyaya yönəldiyini təsdiqləsə, Ermənistan anklava çevriləcək.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Anuş Sedrakyan deyib.

Onun sözlərinə görə, Ermənistanın Avropaya inteqrasiya prosesi Gürcüstan olmadan mümkünsüzdür:

“Qonşu ölkələrin hamısının siyasi kursu, seçimi və idarəetmə mexanizmi fərqlidir. Yəni Tbilisi qərarını dəyişdiyi an biz regionda tək qalacağıq, bir növ anklava çevriləcəyik. Anklav olaraq mövcudluğumuzu qorumaq üçün ciddi şəkildə iqtisadi güc və hərbi resursumuz olmalıdır. Amma bizdə heç biri yoxdur. Dünyada belə bir nümunə İsraildir, özünü qorumağı və güclənməyi bacardı. Amma biz bacarmayacağıq. Avropa arzumuzu reallaşdıra bilmək üçün bizə Gürcüstan lazımdır”.

Chosen
33
1
axar.az

2Sources