EN

Azərbaycan Kuboku: 1/8 finalın son iştirakçıları bəlli olacaq

Futbol üzrə Azərbaycan Kubokunda bu gün keçiriləcək daha iki qarşılaşmadan sonra 1/8 finalın son iştirakçıları müəyyənləşəcək.

Bakıvaxtı.az xəbər verir ki, "İmişli" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Cəbrayıl"ı qəbul edəcək.

Görüş saat 14:00-da başlayacaq. Qalib komanda 1/8 finalda "Kəpəz"lə görüşəcək.

"Qəbələ" isə doğma meydanda "Baku Sportinq"lə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 15:00-da səsləndiriləcək. Bu cütün qalibi 1/8 finalda "Qarabağ"a rəqib olacaq.

Azərbaycan Kuboku

II təsnifat mərhələsi

31 oktyabr

14:00. “İmişli” – “Cəbrayıl”

Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Anar Bədəlov, Emin Abdullayev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

15:00. “Qəbələ” – “Baku Sportinq”

Hakimlər: Nicat İsmayıllı, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: İlham Əliyev.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, raundun əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı (7:2), MOİK "Şimal"ı (3:1), "Araz-Naxçıvan" "Şahdağ Qusar"ı (4:0), "Kəpəz" "Ağdaş"ı (6:0), "Səbail" "Dinamo"nu (6:0), "Qaradağ Lökbatan" "Karvan"ı (3:0), "Mingəçevir" "Zaqatala"nı (1:0), "Difai" "Şəfa"nı (3:2), "Şamaxı" isə "Şəmkir"i (6:1) məğlub edib. 1/8 final qarşılaşmaları dekabrın 3-4-də keçiriləcək.

Chosen
55
14
bakivaxti.az

10Sources