EN

Yaxın Şərqdə sürpriz inkişaf: İsrail ordusu 7 gün ərzində Livandan çəkiləcək

Livanın baş naziri Nəcib Mikati İsrail və Hizbullah arasında atəşkəsin yaxın günlərdə və ya saatlarda əldə oluna biləcəyini açıqlayıb. İsrail mətbuatının paylaşdığı İsrail və Hizbullah arasında atəşkəs razılaşması layihəsində bu ifadə yer alırdı: “İsrail ordusu münaqişə bitdikdən sonra 7 gün ərzində Livanı tərk edəcək”.

Turkustan.az xəbər verir ki, Livanın Baş naziri Necib Mikati, İsrail və Hizbullah arasında atəşkəsə nail olmaq üçün səy göstərdiyini ifadə edərək, "Önümüzdəki saatlarda və ya günlərdə atəşkəs əldə etmək üçün əlimizdən gələni edirik" dedi. Atəşkəslə bağlı daha bir inkişaf isə İsrail mətbuatı tərəfindən açıqlanıb.

İsrail və Hizbullah arasında atəşkəsə nail olmaq üçün səylər davam edərkən, İsrail ilə Hizbullah arasında atəşkəs razılaşmasının layihəsi İsrail mətbuatı tərəfindən paylaşılıb. ABŞ-ın İsrail və Hizbullah arasında atəşkəs təklifi 60 günlük icra müddəti ilə başlayır və bu müddət ərzində Livan ordusunun sərhəddə yerləşdiriləcəyi gözlənilir.

Layihədə “İsrail ordusu münaqişə bitdikdən sonra 7 gün ərzində Livanı tərk edəcək” və “Livan ordusu sərhəd boyu yerləşdiriləcək və Livanın cənubunda “Hizbullah”a məxsus silahları ələ keçirəcək” ifadələri yer alıb. Bu mövqe dəyişikliyinə BMT-nin sülhməramlı qüvvələrinin də yardım edəcəyi bildirilib. Yekunda 10 min Livan əsgərinin İsrail sərhədi boyunca yerləşdiriləcəyi gözlənilir. Layihədə qeyd olunur ki, 60 günün sonunda İsrail və Livan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam icrası və sərhəd mübahisələrinin həlli üçün ABŞ vasitəsilə dolayı danışıqlar aparacaq.

Livanın Baş naziri Necib Mikati, İsrail və Hizbullah arasında atəşkəsə nail olmaq üçün səy göstərdiyini ifadə edərək, "Önümüzdəki saatlarda və ya günlərdə atəşkəs əldə etmək üçün əlimizdən gələni edirik" dedi. Mikati atəşkəslə bağlı ehtiyatlı nikbin olduğunu bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
101
33
turkustan.az

10Sources