EN

İspaniyada daşqınlarda ölənlərin sayı 95-ə çatdı

İspaniyada leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 95-ə çatıb.

Ölkə.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Valensiyada 92, Kastilya-La-Mançada (Madridin cənubunda) 2, Malagada isə 1 nəfər ölüb.

Oktyabrın 29-da İspaniyanın cənubunda və şərqində soyuq cəbhənin yaratdığı leysan yağışları avtomobil, dəmir yolu və hava nəqliyyatını dayandırıb. Ən çox zərər çəkmiş bölgələrin səlahiyyətliləri sakinləri evlərini tərk etməməyə çağırıb. Meteoroloqların məlumatına görə, pis hava şəraiti oktyabrın 31-dək davam edəcək.

Ölkə matəm içindədir.

Chosen
95
35
olke.az

10Sources