EN

Üçüncü rübdə Meta-nın gəliri və mənfəəti artıb

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta”nın gəliri bu ilin üçüncü rübündə 19 faiz, xalis mənfəəti isə 35 faiz artıb.

Bu dövrdə şirkətin gəliri bazar gözləntilərindən yüksək olub.

Meta-nın xalis mənfəəti bu ilin üçüncü rübündə 35 faiz artaraq 15,6 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 11,5 milyard dollar mənfəət açıqlamışdı.

Şirkətin ötən ilin üçüncü rübündə 4,39 dollar olan səhm üzrə gəliri bu ilin eyni dövründə 6,03 dollara yüksəlib.

Söz mövzusu dövrdə Meta-nın mənfəəti də bazar gözləntilərini üstələyib.

Şirkət, ilin dördüncü rübündə 45-48 milyard dollar arasında gəlir gözlədiyini bildirdi.

Meta-nın baş icraçı direktoru Mark Zukerberq şirkətin maliyyə nəticələrini dəyərləndirərkən, "Tətbiqlərimizdə və işimizdə süni intellektin inkişafı sayəsində yaxşı bir rüb keçirdik" deyib.

Chosen
33
4
kommersant.az

5Sources