EN

“Ankara İrəvanla normallaşmanı Ermənistan-Azərbaycan prosesi ilə əlaqələndirir”- MİRZOYAN

Ermənistanla Türkiyə arasında dinamik və müsbət dialoq qurulub.

Azpost.info xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“İki ölkə arasında diplomatik münasibətlərin qurulması, sərhədin açılması, nəqliyyat və digər kommunikasiyaların açılması ilə bağlı dialoq aparılır”, – Mirzoyan bildirib..

Onun sözlərinə görə, hər iki ölkənin ekspertləri sərhəddə infrastrukturun qiymətləndirilməsi istiqamətində iş aparıblar. Yaxın vaxtlarda Gümrü-Qars dəmir yolu hissəsinin infrastrukturunun oxşar qiymətləndirilməsi aparılacaq.

XİN rəhbəri onu da qeyd edib ki, Ankara normallaşmanı Ermənistan-Azərbaycan prosesi ilə əlaqələndirir.

Azpost.info

Chosen
38
azpost.info

1Sources