Olaylar-ın məlumatına görə, dialoq İqtisadiyyat Nazirliyinin və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, ADA universitetinin Prorektoru, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fariz İsmayılzadə çıxış edirlər.