EN

“Daha üç ölkə Rusiya üçün hərbçi göndərə bilər” – Keçmiş departament rəsmisi o ölkələri açıqladı

Ukraynadakı müharibəyə qoşun göndərməyə hazır olan daha üç ölkə var.

Turkustan.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Devid Tafuri “Kanal 24”-ə şərhində deyib.

Onun sözlərinə görə, Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsi Qərbin qorxduğunun təsdiqidir.

“Biz narahat olmalıyıq ki, Rusiyanın tərəfində olan bir neçə başqa ölkə də var. Xüsusən də İran, Suriya və Çin Rusiya üçün hərbçi göndərə bilərlər”,- deyə o, qeyd edib.

O, əlavə edib ki, bu ölkələr həm də Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyətini davam etdirməsi üçün lazım olan bəzi komponentləri Kremlə verə bilərlər. /AzPolitika.info/

Chosen
21
7
turkustan.az

5Sources