EN

Ermənistan COP29 konfransında xarici işlər naziri səviyyəsində təmsil olunması gözlənilir

Azərbaycan ErmənistanaCOP29iştirak etmək üçün dəvət göndərib. Ermənistan bu konfransda xarici işlər naziri səviyyəsində təmsil olunması gözlənilir. Ermənistan tərəfi xarici işlər naziri Ararat Mirzoyanın konfransda iştirakına o, halda razıdır ki, Bakıda həbsdə olan erməni diversantlar azad edilərək, onunla Yerevana qayitsinlar. N. Paşinyan bunu daxili auditoriyaya sülh müqaviləsinin bağlanması istiqamətində mövqeyini gücləndirmək və ona qarşı təzyiqləri neytrallaşdırmaq istəyir. Amma, separatçılarla bağlı məsələlər müzakirə predmeti deyil. Bakıda həbsxanada olan separatçılar N. Paşinyana da lazım deyil. Ümumiyyətlə, Azərbaycan da onları azad etmək fikrində deyil.

Qeyd edim ki, rəsmi Bakı Ermənistanla danışıqlarda bir neçə dəfə həbsdə olan diversantların bir neçəsini qarşı tərəfə verib. Bu məsələ Azərbaycan üçün problem deyil. Ermənistan tərəfi növbəti dəfə Bakıdan belə bir addım atmasını xahiş edə bilər. Azərbaycanda etimad mühitinin yaxşılaşdırılması və sülh müqaviləsi istiqamətində danışıqların müsbət istiqamətdə irəliləyişi üçün humanitar addım ata bilər. Bunun üçün erməni diversantlar Ermənistana təhvil verilə bilər. Bu addımı Azərbaycan atarsa, rəsmi Bakının siyasi mövqeyini gücləndirə bilər. Ermənistanla danışıqlarda Fransanın Azərbaycana qarşı siyasi təxribatlarını neytrallaşdırar. N. Paşinyanda cəmiyyətə göstərmək istəyir ki, Azərbaycan da güzəştə gedir. Bu, N. Paşinyana hava və su kimi lazımdır.

Məhəmməd Əsədullazadə, MCP Başqan müavini

visiontv.az

 



Chosen
36
visiontv.az

1Sources