EN

Ağadadaş Ağayevin vergi borcundan danışan həmkarı: "O boyda şadlıq sarayı, pulu var, ödəyər"

Müğənni Elit Star Cəmilə Xalq artisti Ağadadaş Ağayevin dövlətə olan vergi borcundan danışıb.

"Günə Bax" proqramına qonaq olan ifaçı əvvəl həmkarına səbr diləyib. Daha sonra Ağayevin xeyli pulu və şadlıq sarayları olduğunu vurğulayaraq onun tez zamanda borclarını ödəyəcəyini deyib.

"Ağadadaş bəyə çoxlu səbr və möhkəm can sağlığı arzu edirəm. Bu da keçər. Ağadadaş bəyin o boyda şadlıq sarayı, işi, pulu var. O borcunu ödəyər" - deyə Cəmilə qeyd edib.

Xatırladaq ki, Belə ki, Ağadadaş Ağayevə aid "Ağadadaş" MMC-nin dövlət büdcəsinə vergi və fondlara borcu yaranıb. Həmin borcların vaxt keçməsinə baxmayaraq, sənətçi pulu ödəməyib. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi ona qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

İddiada borcu ödəmədiyi təqdirdə Xalq artistinin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunub.

Ətraflı videoda:

BAKU.WS

 

Chosen
66
3
musavat.com

4Sources