EN

"Kontakt Home" niyə insanların mənəviyyatı ilə oynayır? - ŞİKAYƏT

Ölkəmizin ən böyük ticarət şəbəkələrindən biri olan “Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artmaqda davam edir. Nəyə görəsə bu şirkət üçün müştəri heç zaman haqlı deyil. Hələ bu azmış “Kontakt Home” müştərilərin əsəbiylə, bəzənsə mənəviyyatı ilə oynamaqdan çəkinmir.

Təsadüfi deyil ki, son zamanlar bu şirkətdən –a 10-a yaxın şikayıt daxil olub. Həmin şikayətlərin hələlik üçünün üzərində dayanmaq istəyirik.

Şikayətçilərdən biri paytaxt sakini Ülviyyə Əliyevadır. O öz şikayət ərizəsində yazır ki, 25.05.2024-cü il tarixində “Kontakt Home” mağazalar şəbəkəsinin 28 may  (Nəsimi rayonu, Fizuli küç. 47-55) ünvanına 13.05.2024-cü il tarixində kredit götürdüyüm Samsung Galaxy S 24 ultra telefonunu Iphone 15 Pro Max telefonuna dəyişmək üçün müraciət etdim:

“Telefonu dəyişməkdə səbəb, çəkiliş keyfiyyətinin satıcının təriflədiyi kimi olmaması idi. Yəni mali tərifləyərək məni aladatmışdılar. Malın keyfiyyətsiz olduğunu, tərifləyib mənə satıldığını satıcıya bildirdim, şikayət edəcəyimi dedim  telefonu dəyişdilər. Əvəzinə qiyməti əvvəlkindən 300 manat baha olan Iphone 15 Pro Max telefonunu təqdim etdilər. Telefonun nümayiş edilən analoquna baxdım, yenidən kredit müqaviləsini dəyişdilər, telefonun ümumi dəyəri 3600 azn təşkil etdi. Satıcılar mənə dəfələrlə bildirdilər ki, sizə indi verəcəyim telefonun qutusunu açsanız telefonda problem olsa belə telefonu dəyişməyəcəyik. Rəsmi zəmanət talonu da verilmədi.  Əlavə olaraq mağazada çalışan proqramistə 80 manat nəğd ödəyərək telefona icloud proqramı yüklətdirdim və satıcının “bizdəki üzlüklər nazik olur, üzlüyü çöldə istənilən yerdə çəkdirə bilərsiz” deməyi üzərinə təşəkkür edib mağazadan ayrıldıq. Üzlük çəkdirmək üçün mağazanın iki addımlığında olan Komptel Baku telefon mağazasına gəldik və orda mütəxəssis üzlüyü çəkməmiş məlum oldu ki, kreditə götürdüyüm məhsul qüsurludur və üzərində cüzi seçiləcək bir cızıq var. Həmin mağazadakı digər 3-4 nəfər də malın qüsurlu olduğunu təsdiqlədilər və mənə göstərdilər. Heç 5 dəqiqə çəkməmiş, iradımı bildirmək üçün telefonu aldığım mağazaya girdim və məhsulun qüsurlu olduğunu bildirib dəyişdirilməsini tələb etdim. Proqramist, satıcı və menecer hamısı mən göstərdikdən sonra məhsuldakı nöqsanı aşkarladılar amma çox laqeyd bir tərzdə bunun onların problemi olmadığını, məhsulun ancaq daxili funksiyası ilə bağlı yaranacaq problemə görə dəyişdirilib, qayatarıla biləcəklərini bildirdilər”.

Şikayətçi əlavə edir ki, mən mağazadan ayrılmamış müştəri məmnuniyyətinə zəng vurdum problemi bildirmək üçün, verdikləri telefon nömrəsinə isə məhsulun qüsurunu çəkərək göndərdim və aldığım məhsulu, müqaviləni menecerə “bilərəkdən qüsurlu məhsul satırsız və sizin xidmətiniz ancaq satış edənə qədərdi” deyərək mağazada qoyub çıxdım:

“Səhəri gün müştəri məmnuniyyəti mənlə əlaqə saxlayıb yenə də bu problemlə bağlı heç bir şey edə bilməyəcəklərini və cızığın hardan düşdüyünü araşdırıb müəyyən edə bilmədiklərini bildirdilər”.

İkinci şikayət

Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, ev 44 ünvanında qeydiyyatda olan Atayev Rəşad növbəti şikayətçidir.

O redaksiyamıza bildirir ki, 31 mart 2024-cü il tarixində saat 17:00-da “Kontakt Home” mağazalar şəbəkəsinin Azadlıq 43 ünvanda yerləşən mağazasına televizor almaq məqsədilə  yaxınlaşdım. Qiyməti 3500 manatdan 2000 manata endirilən Samsung markalı televizoru mənə  satıcı Murad israrla təklif etdil və mən də həmin satış üzrə mütəxəssisin sözlərinə inanaraq nəğd şəkildə 2029 manat ödəniş edərək həmin televizoru və əlavə onun divardan asılması üçün asılqan (kranşteyn) aldım. Onlar mənə televizoru yoxlamadan, heç bir zəmanət talonu vermədən və  televizorun qutusunu belə açmadan mənə təhvil verdilər. Televizorun yoxlanmasını tələb etsəm də çox təriflədilər,problem olmadığını bildirdiıər,başqa sözlə məni inandırdilar. Ancaq mənə bildirmişdirlər ki, istahsalçı şirkət tərəfindən rəsmi 1 illik zəmant veririk. Bundan əlavə mənə təkidlə təklif etdilər ki, əlavə pul ödə və qızıl zəmanət verək. Əgər istəsəniz qızıl zəmanətin pulunu aylara bölməklə ödəyə bilərsiniz. Mən qızıl zəmanəti imkanım olmadığı üçün və rəsmi zəmanətin guya kompüterdə  olduğunu əsas tutaraq istəmədim. Hansı ki, mənə rəsmi zəmanət talonu vermədilər.

Mən, evə gəldikdən sonra televizorun naqilini ehtiyatla  cərəyana qoşdum və bu zaman ekran açıldıqda ekranda böyük qara bir ləkənin olduğunu gördüm. Həmən dəqiqə özüm “Kontakt Home” mağazasına qayıdaraq həmin qüsurun olduğunu onlara bildirdim, foto və videosunu göstərdim. Onlar isə mənə narahat olmayın indi almısız və mənə nömrə verdilər ki, həmin ləkənin şəklini dediyimiz nömərəyə göndərəsiniz. Dönə-dönə məni arxayın yola saldılar ki, narahatçılığa heç bir səbəb yoxdur,düzələcək

Səhəri günü mənə zəng edib dildirdilər ki, mütəxəssislərimiz tərəfindən videoya baxış keçirildi, televizorun ekranının dəyişilməsi bildirildi. Həmin ekran 2000 manat dəyərindədir və həmin məbləğ mənim tərəfimdən ödənilməlidir. Mən isə buna öz etirazımı bildirdim və televizorun yoxlanılmadan mənə satıldığını dedim,tələb etdim ki, ya pulumu qaytarın ya da televizoru təcili qüsursuz televizorla dəyişin!Lakin tələbimə məhəl qoyulmadı.Hadisədən neçə ay keçsə də şirkət mənim haqqımı tanımaq istəmir”.

Üçüncü şikayət

Xəzər rayonu, Şüvalan qəsəbə sakini Elman Əliyevdir. O iddia edir ki. 2024-cü ilin fevral ayının 12-də "Kontakt Home" mağazalar şəbəkəsinin  Mərdəkan filialından nağd şəkildə 1200 manat ödəyərək "Dyson" markalı fen aldım. Amma mənə zəmanət talonu verilmədi. Malın istifadə qaydalarında Azərbaycan dilində məlumat yox idi. Fevral ayının 17-si ilk İstifadə zamanı bəlli oldu ki, fenin başlıq hissəsi qırmaqda qalmır.Elə həmin gün fevral ayının 17-si məhsulu Kontakt mağazasına verdim,iradımı bildirərək malın ya qüsursuz  malla dəyişdirilməsini və ya ödədiyim pulun qaytarılmasını tələb etdim. Tələbimi qəbul etmədilər.Feni servisə göndərdilər.1 ay gözlədikdən sonra məhsulun təmir olunduğunu və məhsulu Servisə  yaxınlaşıb götürməyimi mənə  telefonla bildirdilər. Mən məhsulu təqribən 17.03.24- cü il tarixdə götürdüyüm zaman məhsulun karobkası və özü toz içində idi. Məhsulun şotkaları və başlıqlarında tüklər var idi. Şübhəsiz ki, servisdə ya da haradasa fendən istifadə etmişdilər.Mən yenidən məhsulu  malı aldığım Kontakt-a gətirdim, mağazada bu şikayətlərimi bildirdim və məhsulu mağazada satıcıların iştirakı ilə  test edərkən öncəki qüsurun aradan qaldırılmadığını gördüm,yəni başlıq fendə qalmırdı.  Mağaza məhsulu yenidən Servisə göndərdi. Bir müddətdən sonra Servis tərəfindən zəng olunaraq mənə 135 manat  servis haqqı ödəməyimi tələb etdilər.Ondan bir gün sonra Kontakt mağazasına yaxınlaşaraq məndən tələb olunan pula görə narazılığımı bildirdim,yenidən malın qaytarılmasını tələb etdim. Tələbimə məhəl qoyulmadı”.

Göründüyü kimi hər 3 şikayətçi müxtəlif üsulla aldalılıb. Qanuna zidd olaraq alıcıya zəmanət talonu verilməyib. Üstəlik, hər üç alıcı haqlı ikən haqsız duruma düşüb.

Bütün bunlar onu göstərir ki, “Kontakt Home” istehlakçı hüquqlarını açıq şəkildə tapdalayır. Reklam hesabına cəlb etdiyi alıcıları süni şəkildə narazı salır.

Qeyd etdiyimiz kimi “Kontakt Home” mağazalar şəbəkəsi ilə redaksiyamızda xeyli şikayət məktubu var. Növbəti dəfə daha bir neçə şikayətçinin iddialarına işıq salacağıq.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

News365.az

Chosen
27
news365.az

1Sources