EN

Azərbaycanda kartof yığımı 9%, məhsuldarlığı 3% azalıb

Cari ilin yanvar-sentyabr aylarında 46 752,1 ha əkin sahəsinin 46 min 160 ha sahəsindən kartof yığılıb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Belə ki, məhsul yığılmış sahə ötən illə müqayisədə 2 917,4 ha və ya 5,9% azdır.

Yığım sahəsi, əkin sahəsinin 98,7%-ni təşkil edib.

Keçən iln müvafiq dövründə isə 49 min 77,4 ha sahədən kartof yığılmışdı.

Hesabat dövründə əkin sahələrindən  892 min 347,7 ton kartof yığılıb ki, bu da illik müqayisədə 89 min 597,4 ton və ya 9,1% azdır. 2023-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə 981 min 927,1 ton kartof yığılmışdı.

Hər hektar sahədən yığılmış kartofun kütləsi isə 193,3 sentner təşkil edib ki, bu da son bir ildə 6,8 sentner, yaxud 3,4% azdır.

2023-ci ilin 9 ayında məhsuldarlıq hər hektar üçün 200,1 sentner təşkil edib.

Chosen
36
1
fed.az

2Sources