Cari ilin yanvar-sentyabr aylarında 102 min 781,5 ha əkin sahəsinin 16 min 2,4 ha sahəsindən pambıq yığılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, məhsul yığılmış sahə ötən illə müqayisədə 7,1 ha azdır.
Yığım sahəsi, əkin sahəsinin 15,6%-ni təşkil edib.
Keçən iln müvafiq dövründə isə 16 min 9,5 ha sahədən pambıq yığılmışdı.
Hesabat dövründə əkin sahələrindən 19 min 735,6 ton pambıq yığılıb ki, bu da illik müqayisədə 5 min 440,1 ton və ya 38,1% çoxdur. 2023-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə 14 min 295,5 ton pambıq yığılmışdı.
Hər hektar sahədən yığılmış pambığın kütləsi isə 12,3 sentner təşkil edib ki, bu da son bir ildə 3,4 sentner, yaxud 8,9% çoxdur.
2023-ci ilin 9 ayında məhsuldarlıq hər hektar üçün 200,1 sentner təşkil edib.