EN

Polşa MiQ-29 qırıcılarını Ukraynaya verməkdən imtina etdi

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, o, Polşanın Sovet MiQ-29 qırıcılarını Kiyevə təhvil verməsi, Şimali Atlantika Alyansının isə Varşavaya kompensasiya ödəyəcəyi sxem üzrə NATO ilə razılaşıb, lakin Polşa hakimiyyəti “başqa bir səbəb tapıb” və bundan imtina edib.

Avtosfer.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Ukrayna liderinin sözlərinə görə, o, NATO-nun keçmiş baş katibi Yens Stoltenberqlə döyüş təyyarələri ilə bağlı razılığa gəlib, lakin Varşava bundan imtina edib.

"Biz həqiqətən də Polşadan MiQ-ləri almaq istəyirdik, lakin onlar bizə verə bilmədilər, çünki özlərində kifayət qədər yox idi. Ona görə də NATO ilə razılaşdıq ki, Baltik dostlarımız kimi onlara da polis missiyası təyin etsinlər... Bəs bundan sonra? Polşa bizə təyyarələr verdi? Yox. Başqa səbəb var idi? Bəli”, - deyə Zelenski bildirib.

O, həmçinin Polşanı Ukrayna üzərində Rusiya raketlərini vurmaqdan imtina etdiyinə görə qınayıb.

(unikal)

Chosen
23
1
avtosfer.az

2Sources