EN

Nazirə məxsus olduğu deyilən şirkət bir ildə 67 milyonluq tender udub

Dövlət satınalmalarında fəal iştirak edən və iri məbləğli tenderləri udan "Bestcomp Group" QSC daha bir satınalma müsabiqəsinin qalibi olub. 

Qaynarinfo-nun məlumatına görə, şirkət Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin kompüter xidmətlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi elan edilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri isə 2 419 297,36 manatdır. 

İKT məhsullarının satışı üzrə ixtisaslaşan "Bestcomp Group" QSC 22 iyun 1998-c ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 962 330 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, 8 noyabr küçəsi, ev 25E-ə yerləşən şirkətin qanuni təmsilçisi Həsənov Fərid Rafiq oğludur.

Şirkətin sahibi kimi isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adı çəkilir. Mediada bu barədə bir neçə də məlumat yayılıb və qarşı tərəfdən təkzib edilməyib. 

"Bestcomp Group" QSC-nin dövlət satınalmalarında fəal iştirakı və qalib seçilməsi də Kəmaləddin Heydərov faktoru ilə əlaqələndirilir. 

Şirkət təkcə bu il 16 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 67 848 250,99 manat təşkil edir. 

Seyid 
Chosen
56
2
qaynarinfo.az

3Sources