EN

Azərbaycan kifayət qədər iddialı iqlim hədəflərinə nail olmaq üçün siyasətlər həyata keçirir – Hüseyn Hüseynov

Bakı. Trend:

Qlobal emissiyaların statistikasına baxsaq, Azərbaycanemissiyalarda cəmi 0,13% paya malik olmasına baxmayaraq, kifayətqədər iddialı iqlim hədəflərinə nail olmaq üçün siyasətlər həyatakeçirir.

Trend-inməlumatına görə, bunu Dayanıqlı İnkişaf üzrə Milli ƏlaqələndirməŞurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbəmüdiri Hüseyn Hüseynov “Gələcəyin sədaları: İqlim fəaliyyəti vəqlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.

O bildirib ki, Azərbaycanın inkişaf gündəliyində iqtisadi-sosialvə digər məsələlərlə yanaşı, ətraf mühit məsələlərinin həyatakeçirilməsi üzrə siyasi fəaliyyətlərin tətbiqi də xüsusi əhəmiyyətəmalikdir: “Təbii ki, biz Azərbaycanda mövcud olan stratejisənədlərə baxsaq, cənab Prezident tərəfindən qəbul olunmuş“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”və məhz 5-ci milli prioritetin yaşıl artım ölkəsinə çevrilməsinəhədəflənməsi, eyni zamanda “Azərbaycan Respublikasının 2022‒2026-cıillərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın xüsusi bölmələriniməhz ətraf mühit hədəflərinə nail olunması istiqamətində həyatakeçirilən tədbirlərə töhvə verməsi bir daha sübut edir ki, biziminkişaf gündəliyimizdə iqtisadi-sosial və digər məsələlərlə yanaşı,ətraf mühit məsələlərinin həyata keçirilməsi üzrə siyasifəaliyyətlərin tətbiqi də xüsusi əhəmiyyətə malikdir”.

Artıq COP29-un baş tutmasına sayılı günlərin qaldığınıxatırladan nazirlik rəsmisi bildirib ki, bugünkü diqaloda COP29prezidentliyi tərəfindən irəli sürülən 14 təşəbbüs ətrafındamüzakirələr aparılıb: “Burada iqlim maliyyəsinin əlçatanlığınınartırılması, xüsusilə iqlim konteksində insan kapitalınainvestisiyaların artırılması, ticarətin, invstisiyanın və iqliminbir araya gətirilməklə təşəbbüs şəklində icrası müzakirə olundu.Həmçinin üzv dövlətlərin bu təşəbbüsdə aktiv iştirakına təşviqolunması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsiaparıldı”.

“Sayca 5-ci olan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqunuBirləşmiş Millətlər Təşkilatının (BMT) rezident əlaqələndiricisininofisi və İqtisadiyyat Nazirliyi olaraq həyata keçirdik. 2022-ciildə birinci DİM dialoqları təşəbbüsü baş tutdu. Bu dialoqtəşəbbüsündə biz “yaşıl transformasiya” və “yaşıl alətlər”dənistifadə etməklə əlavə iqtisadi artım mənbələrinə yönlənməkistiqamətində müzakirələr apardıq. Hökumət qurumlarının, eynizamanda BMT agentliklərinin bu platformaya marağı nəticəsində artıqnövbəti mərhələlərdə dayanıqlı inkişaf məqsədləri çərçivəsindəqarşıya çıxan çətinliklərin müzakirəsi üçün bir produktiv müzakirəplatformasına çevrilib. Bu gün 5-ci Dayanıqlı İnkişaf Məqsədləri(DİM) dialoqu BMT gününə təsadüf edib. Bugünkü müzakirəmiz qlobalemissiyaların azaldılmasında qəbul olunmuş qaydalarınmüzakirələridir”, - deyə H. Hüseynov əlavə edib.

Chosen
105
az.trend.az

1Sources