EN

Yollarda artan ölümlər: Ölən günahkardır, yoxsa öldürən?

Son iki gündə 9 piyadavurma hadisəsi olub. 

Belə ki, bu hadisələr 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnib. Artan nəqliyyat hadisələrinin səbəbi təkcə sürət həddini aşmaqdan deyil , həm də piyada səhlənkarlığından baş verir. 

"Cebheinfo.az"-a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, ümumilikdə piyadavurmaların sayının artması narahatlıq doğuran haldır: 

"Cərimələr tətbiq edilməlidir. Yol nəqliyyat hadisələr zamanı sürücüləri günahlandırdıqları kimi, piyadalar da məsuliyyətə cəlb edilməlidir. Axı hər hadisədə sürücü günahkar deyil. İndi elə dövr gəlib çatıb ki, piyadalar arasında avtomobildən qorxu yoxdur, heç belə narahat da olmurlar. 

Özlərini yolun ortasına atırlar, elə də hərəkət edirlər ki, maşın dayanmalı və onlara yol verməlidir. Amma başa düşmürlər ki, bu texnikadır, dayanmaya bilər, başqa problemlər ortaya çıxa bilər, əyləc tutmasa, vurub öldürəcək. Amma sən şüurlu insansan, necə olur ki, bu maşını görməzdən gəlirsən? Bu təhlükəni dərk etmək çox önəmlidir, insanlarımız buna ciddi yanaşmalıdır". 

Chosen
71
1
cebheinfo.az

2Sources