EN

Axund Mirtofiq ağanın yaxınları sosial şəbəkədə yayılanların yalan olduğunu faktlarla sübut etdi (VİDEO)

Son günlər sosial şəbəkənin TikTok qanadında Naxçıvan MR-nın Kəngərli rayonunun axundu Seyidov Mirtofiq Mirhüseyn oğlu haqqında qarayaxma kampaniyasına başlanılıb. Axundun yaxınları bildirir ki, şəbəkə istifadəçilərinin paylaşımlarında iddia etdiyi məsələlər həqiqəti əks etdirmir. 

Belə ki, bu ilin 27 sentyabr tarixində, Vətən Müharibəsinin növbəti Anım Günündə ziyarətlərin birində Şəhidlərin möhtərəm ruhunu yad etmək üçün toplaşan Şəhid ailələrinə və kənd camaatına axund Mirtofiq müraciət edib. O, bildirib ki, Şəhid ailələri Şəhidlik məqamının necə uca olduğunu anlamalı, günündən asılı olmayaraq daim Şəhid adını yüksək tutmalı, dəyərini bilməlidirlər. Hər xırda məsələdə övladının, yaxınının Şəhid olduğunu dilə gətirməklə Şəhidlik məqamına kölgə salmalı deyil. Lakin, axundun bu tövsiyəsi məqsədli şəkildə yanlış istiqamətə yönləndirilərək təhrif olunmuş şəkildə təqdim olunub, sanki axund Şəhidlərə hörmətsizlik edir kimi qələmə verilib. 

Həmçinin İddia olunur ki, axund Mirtofiq Seyidov Vətən müharibəsinin ilk anım günündə 27 dentyabr 2021-ci ildə guya oğluna toy edib. Lakin foto və video faktlarla sübut etmək mümkündür ki, toy məclisi 30 oktyabr 2021-ci ildə baş tutub. 

Bütün bu qarayaxmalara etiraz olaraq axund Mirtofiq ərizə yazaraq vəzifəsindən uzaqlaşıb, lakin onun yaxınları haqqın bərqərar olması üçün mübarizəsini davam etdirəcəklərini bildiriblər. 

Mirtofiq Seyidovun bacısı oğlu , uğurlu marketoloq kimi tanınan Müşviq İskəndərov öz sosial media hesablarında baş verən hadisə ilə bağlı açıqlama edib, atılan iftiraları fakt və sübutlarla müraciətində təkzib edib.

Həm Axund, həm də ailəsi Şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr diləyir. Belə bir yanlış anlaşılmaya görə dərindən məyusluqlarını ifadə edirlər.
 
Chosen
64
3
qaynarinfo.az

4Sources