EN

Adil Şükürov aşağı liqada da işləyə bilər

“Təklifdən və mənim marağımdan asılı olaraq, lazım gələrsə, aşağı liqa komandalarında çalışmaq haqda qərar verə bilərəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Adil Şükürov deyib.

Təcrübəli mütəxəssis hazırda heç bir klubla danışıq aparmadığını söyləyib: “Kəpəz”dən ayrıldıqdan sonra  bəzi şəxsi işlərlə məşğul oluram. Hətta bunlarla əlaqədar çox vaxt səfərlərə gedirəm. Təklifdən və mənim marağımdan asılı olaraq, lazım gələrsə, aşağı liqa komandalarında çalışmaq haqda qərar verə bilərəm. Amma hələ ki, heç bir klubla danışıq aparmıram”.

Şükürov “Kəpəz”in hazırkı durumu haqda danışmaq istəmədiyini bildirib: “Kəpəz”in hazırkı durumu barəsində danışmaq isətəməzdim. Ancaq Gəncə təmsilçisinə və onu sevənlərə uğurlar arzulayıram”.

Qeyd edək ki, Şükürov “Kəpəz”ə ötən mövsümün əvvəlində Azər Məmmədovun istefasından sonra gətirilmişdi. O, bu mövsüm ardıcıl 4 məğlubiyyətdən sonra postundan ayrıldı.

GÜNAY SÜLEYMANOVA

Chosen
34
futbolinfo.az

1Sources