EN

Daha bir milyarder Rusiyadan GETDİ

Məşhur milyarder Roman Avdeyev Rusiyadakı son aktivini satdığını açıqlayıb.
 

Modern.az xəbər verir ki, Avdeyev “Forbes”in reytinqində 1,2 milyard dollar sərvəti ilə Rusiyanın 108-ci milyarderi idi.

“Həyatımda bir əlamətdar hadisəni bölüşmək istərdim: bu gün “Rossium” konsernidəki payımın Sergey Sudarikovun strukturlarına satılması üzrə əməliyyat başa çatıb. Alqı-satqı nəticəsində mənim Rusiyada heç bir aktivim və biznes layihəm yoxdur”, - iş adamı Facebook səhifəsində yazıb.


 Lakin o, şirkətdəki payını niyə satdığını, eləcə də sövdələşmənin məbləğini açıqlamayıb.

“Rossium” konserni 2006-cı ildə Avdeev tərəfindən təsis edilib. Şirkət maliyyə sektorunda böyük investisiyaları olan investisiya holdinqidir. Onun əsas aktivi Moskva Kredit Bankıdır. 2019-cu ilin sonunda Avdeev aktivlərini “Region” investisiya qrupunun əsas səhmdarı Sudarikov (“Forbes”ə görə 1,8 milyard dollar sərvəti var) ilə birləşdirməyə razılaşmışdı.

Avdeyevin 57 yaşı var, evlidir, 23 uşağı var, onlardan 17-si övladlığa götürülüb.

Ukraynadakı müharibə zamanı iş adamının sərvəti 2021-ci ildə 1,8 milyard dollar idi. İndi isə inun sərvəti 1,2 milyard dollara qədər azalıb.

Bundan əvvəl ən azı 7 milyarder Rusiya vətəndaşlığından imtina edib. Onların arasında “Coalco və Bolshoye Domodedovo”nun keçmiş sahibi Vasili Anisimov (1,6 milyard dollar), “Freedom holdinq”in təsisçisi və əsas sahibi Timur Turlov (2,4 milyard dollar), “Troyka Dialoq” investisiya şirkətinin təsisçisi Ruben Vardanyan (1,3 milyard dollar), DST Global investisiya şirkətinin təsisçisi Yuri Milner (7,3 milyard dollar), “Revolut”un təsisçisi Nikolay Storonski (7,1 milyard dollar), “Areti” enerji şirkətinin təsisçisi İqor Makarov (2,2 milyard dollar) və “Tinkoff Group”un təsisçisi Oleq Tinkov (0,86 milyard dollar) yer alır.

Chosen
56
3
modern.az

4Sources