EN

Rusiyadakı bütün biznesini satdı

"Forbes"in Rusiya reytinqində 1,2 milyard dollar sərvəti ilə 108-ci yerdə qərarlaşan milyarder Roman Avdeyev Rusiyadakı son aktivini satdığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə iş adamı "Facebook" səhifəsində yazıb. 

“Həyatımda bir əlamətdar hadisəni bölüşmək istərdim: bu gün "Rossium" konsernidəki payımın Sergey Sudarikovun strukturlarına satılması üzrə əməliyyat başa çatıb. Alqı-satqı nəticəsində mənim Rusiyada heç bir aktivim və biznes layihəm yoxdur”, - deyə milyarder qeyd edib.

Avdeyev bildirib ki, 62% payın satışı onun Sudarikov ilə 2019-cu ildə strateji əməkdaşlıq memorandumunun imzalanması ilə başlayan uzunmüddətli tərəfdaşlığını tamamlayan “məntiqi addım”dır. İş adamı Sudarikovun rəhbərliyi altında konsernin yeni zirvələrə çatacağına da əmin olduğunu bildirib.

"Mənim üçün verilən qərar mənə yaxınlarıma, ilk növbədə övladlarıma və həyatımın bizneslə əlaqəli olmayan digər vacib aspektlərinə diqqət yetirməyə imkan verəcək", - deyə o bildirib. Lakin Avdeyev şirkətdəki payını niyə satdığını, eləcə də sövdələşmənin məbləğini açıqlamayıb.

"Rossium" konserni 2006-cı ildə Avdeyev tərəfindən təsis edilib. Maliyyə sektorunda böyük investisiyaları olan investisiya holdinqidir. Onun əsas aktivi Moskva Kredit Bankıdır. 2019-cu ilin sonunda Avdeyev aktivlərini Region investisiya qrupunun əsas səhmdarı Sudarikov (Forbes-a görə 1,8 milyard dollar) ilə birləşdirməyə razılaşıb. 

Chosen
46
unikal.az

1Sources