EN

Urmiyada dəhşətli məhkəmə qərarı: Beş məhbusun barmağı kəsiləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Amnesty International" təşkilatı İranda Qərbi Azərbaycan vilayətinin Urmiya şəhər həbsxanasında barmaqlarının kəsilməsi cəzası almış beş məhbusla bağlı bəyanat yayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, bəyanatda İran hökumətinə məhkumlara verilən cəzanın ləğv edilməsi ilə bağlı çağırış edilib.
Eyni zamanda beynəlxalq ictimaiyyətə təklif edilib ki, məhkumların bədən üzvlərinin kəsilməsi cəzasının qarşısını almaq üçün İrana reyd təşkil etsin.
Qeyd edək ki, üç gün əvvəl Urmiya həbsxanasında oğurluqda təqsirləndirilən Şahab ​​və Mehrdad Teymuri qardaşlarının sağ əlinin 4 barmağı kəsilib. Bundan əlavə, daha 5 məhkumun barmaqlarının kəsilməsinə (amputasiyasına) qərar verilib və hökmün yaxın günlərdə icra olunacağı gözlənilir.
"Bu amputasiyalar İran hakimiyyətinin insan haqları və ləyaqətinə hücumunun xüsusilə dəhşətli təzahürüdür. Amputasiyaya görə cəza məhkəmə qərarı ilə icra olunan bir işgəncədir və cinayət sayılır", - deyə bəyanatda bildirilib.
Chosen
76
47
oxu.az

10Sources