EN

ABŞ-də cərrah orqanları çaşdıraraq, xəstənin sağlam qaraciyərini çıxardı

ABŞ-dən olan bir cərrah əməliyyat zamanı bir neçə xəstənin sağlamlığına zərər verib.  

Qaziler.az xəbər verir ki, bu barədə “kp.ru” “The State”ə istinadən xəbər verir.

Belə ki, Floridadan olan həkimin həmkarlarının dediyinə görə, əməliyyatdan sonra cərrah dalağın müvəffəqiyyətlə çıxarılmasından danışıb, lakin masaya bu orqanın əvəzinə qaraciyəri qoyub. Nəticədə xəstədə qanaxma başlayıb və həkimlər zərərçəkəni xilas edə bilməyiblər.

Məlum olub ki, cərrah əvvəllər onun bacarığına şübhə yaradan əməliyyatlar edib. Belə ki, ötən ilin mayında xəstə böyrəküstü vəzinin çıxarılmasını tələb etsə də, bunun əvəzinə həkim onun mədəaltı vəzinin bir hissəsini kəsib.

Müvəffəqiyyətsiz müdaxilədən iki ay sonra həkim qadına ehtiyac olmadığı halda mədə rezeksiyası edib.Vəziyyəti ciddi şəkildə pisləşdiyindən qadını xilas etmək mümkün olmayıb.

Artıq bu ilin oktyabrında həkimlə bağlı şikayətlər daxil olub. “Həkim” həkim üçün lazım olan biliyə sahib olmadığından, cərrah xəstələr üçün təhlükə yaradıb. Nəticədə şikayət nəzərə alınıb, amerikalı cərrah lisenziyasını itirib. Artıq o, Florida və Alabama ştatlarının tibb müəssisələrində işləyə bilməyəcək.

QAZİLER.AZ

Chosen
67
2
qaziler.az

3Sources