EN

“Azercell Telekom” MMC COP29-un telekommunikasiya tərəfdaşı elan edilib

Bakı. Trend:

Azərbaycanın aparıcı mobil operatoru “Azercell Telekom” MMCCOP29-un telekommunikasiya tərəfdaşı seçilib. Bu, COP29 AzərbaycanƏməliyyat Şirkətinin rəqəmsal inklüzivliyə sadiqliyini vurğulamaqlayanaşı, şirkətin bütün əməliyyat sahələrində dayanıqlılığa üstünlükverdiyini bir daha sübut edir.

“Azercell” MMC telekommunikasiya sənayesində dayanıqlılıq vəinnovasiyalara sadiqliyi ilə seçilən əsas şirkətlərdən biridir.2017-ci ildən etibarən “Azercell” ölkə ərazisində stasionar yaşılbaza stansiyaları quraşdırır. Belə ki, təkcə Qarabağ bölgəsində 35baza stansiyası günəş enerjisi ilə işləyir və bu stansiyaların işvaxtının 60%-ni bərpa olunan enerji mənbələri təmin edir. Bundanəlavə, BMT-nin Qlobal Sazişinə qoşulan “Azercell” şirkəti həm dəGSMA Assosiasiyasının İqlim Fəaliyyəti üzrə İşçi Qrupunun üzvüdür.Bu isə onun Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) sadiqliyini, eləcədə telekommunikasiya sahəsində fəaliyyət göstərən digər maraqlıtərəfləri öz dayanıqlılıq səylərini sürətləndirməyə təşviq etməkdəşirkətin oynadığı rolu daha da gücləndirir.

“Azercell” şirkətinin “Bağlantını asanlaşdırır, həyatı dahadolğun edirik!” şüarlı missiyası və Azərbaycanın telekommunikasiyasektorunda lider olmaq məramı onun həm dayanıqlılıq, həm də ətrafmühit resurslarından rasional istifadə üzrə qəti əzmkarlığını əksetdirməklə yanaşı, çoxsaylı Dayanıqlı İnkişaf Məqsədləri iləyaxından uzlaşır. Enerjiyə qənaət edən texnologiyaları tətbiqetmək, bərpa olunan enerjidən istifadəni artırmaq və rəqəmsalinklüzivliyə prioritet verməklə, “Azercell” şirkəti mobil rabitənigenişləndirməklə yanaşı, onun ekoloji təsirini də fəal şəkildəminimuma endirir. Bu il şirkət sözügedən sahələrdə şəffaflıq vəirəliləyişi vurğulayan ilk ESG hesabatını dərc edib.

Bu il COP29-un tərəfdaşı seçilməklə “Azercell” şirkəti təsdiqedir ki, Azərbaycanın aparıcı mobil operatoru kimi onun üzərinədüşən vəzifə dayanıqlı inkişafı təşviq etmək və həm texnologiya,həm də rəqəmsal transformasiyanın aşağı karbonlu iqtisadiyyatı necədəstəkləyə biləcəyinə dair daha geniş dialoqa töhfə verməkdir. Butərəfdaşlıq sayəsində şirkət dayanıqlı təcrübələrə sadiqliyininümayiş etdirməklə yanaşı, digər innovativ texnologiya şirkətləriilə əməkdaşlıq əlaqələri qura biləcək.

Tədbir çərçivəsində yaradılan imkandan istifadə etməklə, COP29ilə tərəfdaşlıq edən şirkətlər qlobal iqlim siyasəti ilə bağlıfəaliyyətlərdə iştirak edəcək, dayanıqlılıq səylərini ön planaçıxaracaq və iqlim fəaliyyətini öz əsas biznes sahələrində dədəstəkləmiş olacaqlar. Bakıda keçiriləcək COP29 tədbirinintərəfdaşı olmaqla, bu şirkətlər həm ekoloji siyasətlərintətbiqində, həm də 1,50C hədəfi baxımından qlobalicmalara dəstək göstərilməsində oynadıqları mühüm və həlledici rolubərabər şəkildə nümayiş etdirə biləcək.

COP29-un özəl sektor üçün xüsusi məkanı olan Yaşıl Zonada iqlimyönümlü həll variantlarını nümayiş etdirən bir sıra qlobalşirkətlər müxtəlif proqramlar, o cümlədən təqdimat, seminar vəqarşılıqlı əlaqələrin qurulması vasitəsilə öz əlaqələrini və iqlimfəaliyyətlərini genişləndirəcək. Həmçinin, iştirakçı şirkətlər dahageniş tanınma, habelə əməkdaşlıq və qarşılıqlı əlaqələrin qurulmasıüçün teatral auditoriya formatlı konfrans zalları və müxtəlif iclasotaqlarından istifadə etməklə öz tədbirlərini təşkil edəbiləcək.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətininsədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova “AzercellTelekom” MMC-nin telekommunikasiya tərəfdaşı elan edilməsi iləbağlı bunları bildirib: “Mən məmnuniyyətlə bildirirəmki, “Azercell Telekom” MMC COP29-untelekommunikasiya tərəfdaşı seçilib. Azərbaycanın ən böyük mobiloperatoru olan “Azercell” şirkəti telekommunikasiya məkanındanüfuzlu söz sahibi olan maraqlı tərəfdir. Texnologiya sahəsindəmühüm danışıqlar aparan “Azercell” şirkəti bu tərəfdaşlıq sayəsindəiqlim fəaliyyətlərini dəstəkləmək əzmkarlığını nümayiş etdirəbiləcək.”

COP29 ilə tərəfdaşlığa toxunan “Azercell Telekom”MMC-nin prezidenti Zərinə Zeynalova isə qeyd edib ki:Azərbaycanın aparıcı mobil operatoru və ölkədərəqəmsal mühitin formalaşmasında mühüm rol oynayan şirkət kimi,“Azercell” həm cəmiyyət, həm də ətraf mühit qarşısında məsuliyyətdaşıdığını dərk edir. Biz ekoloji cəhətdən təmiz texnologiyalar vəbərpa olunan enerji həllərini təkmilləşdirməyə sadiqik və fəalşəkildə ekoloji təsirlərimizi minimuma endirməyə çalışırıq. Qlobaliqlim təşəbbüslərini dəstəkləməklə, biz daha yaşıl gələcəyə töhfəverir və yeni korporativ liderlik standartını müəyyən edirik. Bizbirlikdə daha dayanıqlı və davamlı gələcək qururuq!”

Daha ətraflı məlumat: [email protected]

Yaşıl Zona haqqında daha ətraflı məlumat: COP29 Green Zone | 11 - 22November 2024

COP29-un Yaşıl Zona komandası ilə əlaqə: [email protected]

Yaşıl Zona proqramı haqqında daha ətraflı məlumat: [email protected]

Məqalədə:
Chosen
16
2
az.trend.az

3Sources