"Bolonya" klubunun stadionu yenidən qururlacaq.
İdman.biz xəbər verir ki, "Renato Dall’Ara" arenasının 2027-ci ilin sonuna kimi bərpası nəzərdə tutulub.
Klub "Webuild Group" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Yeni stadionun İtaliyada təşkil olunacaq AVRO-2032-nin oyunlarına ev sahibliyi etməsi planlaşdırılıb. Yenidənqurmaya 200 milyon avro xərclənməsi gözlənilir. Stadionun tutumu UEFA standartların uyğun 30 minədək artırılacaq.
Qeyd edək ki, "Webuild Group" şirkəti dünyada 9 böyük arenanın tikintisini həyata keçirib.
Ä°dman.biz