ABŞ-da naməlum şəxslər seçki qutularını yandırıblar.
Bizim.Media xəbər verir ki, Oreqon ştatının Portlend və yaxınlıqdakı Vankuverdə (Vaşinqtonda) yüzlərlə prezident seçki bülleteni yandırılıb.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri üçün əsas səsvermə günü noyabrın 5-nə təyin edilib. Prezidentliyə namizədlər Donald Tramp və Kamala Harrisdir.
Bizim.Media